Mobil versiya
“Türkiyə Azərbaycanla çiyin-çiyinə addımlamaqda davam edəcək” - Binəli Yıldırım
Tarix: 24-05-2017 | Saat: 18:23
Bölmə:Siyasət | çapa göndər

“Türkiyə Azərbaycanla çiyin-çiyinə addımlamaqda davam edəcək” - Binəli Yıldırım



Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.AzVision.az-ın məlumatına görə, Binəli Yıldırımın məktubunda deyilir:


“Hörmətli cənab prezident, əziz qardaşım. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına və regionumuzda parlayan bir ulduz olmağa davam edəcəyinə bütün qəlbimlə inanıram. Türkiyə bu prosesdə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək. Qısa müddət ərzində böyük inkişaf yolu keçərək nümunə təşkil edəcək səviyyəyə çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək, zati-alinizə bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024