"Məqsədimiz təkcə çempionlar yox, həm də sağlam əsgərlər yetişdirməkdir" - Adil Əliyev
Tarix: 24-05-2017 | Saat: 16:08
Bölmə:Gündəm | çapa göndər
Macarıstanda WAKO-nun təqvim planına uyğun olaraq Dünya kuboku uğrunda kikboksinq yarışları keçirilib. Yarışda Azərbaycan Kikboksinq Federasiyasını təmsil edən idmançılar uğurlu nəticələr əldə edərək vətənə dönüblər. Bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, Milli Məclisin deputatı Adil Əliyev ölkəmizi təmsil edən idmançılarla görüş keçirib.
Görüşdə AKF-nin vitse-prezidentləri Güloğlan Cabbarov, Kamal Axundov, idarə heyətinin üzvləri və media nümayəndələri iştirak edib.
A.Əliyev çıxışında ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən federasiya prezidenti təmsilçilərimizin ən mötəbər yarışlardan Vətənə yüksək əyarlı medallarla döndüklərini qeyd edib. Onun fikrincə, kikboksçularımızın əldə etdikləri son nailiyyət buna əyani sübutdur. AKF prezidenti ölkədə kikboks idman növünün populyarlaşması yönündə işlərin davam etdiriləcəyini açıqlayıb:
"Son yarışa biz bütün regionlarda mindən çox idmançı çıxarmışdıq. Bu onu göstərir ki, kikboks idman nözü ölkəmizdə populyardır. Bizim məqsədimiz təkcə çempionlar yox, həm də ölkəmiz üçün sağlam gənclər və əsgərlər yetişdirməkdir".
Yarış haqqında ümumi məlumat verən AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov qeyd dib ki, Macarıstanın paytaxtında keçirilən kikboksinq üzrə Dünya kuboku yarışlarında yığma komandamazın təmsilçisi Ruslan Musayev 67 kq çəki dərəcəsində yarımfinalda ukraynalı kikboksçu Sabar Yaraslovu məğlub edərək finala yüksəlib və daha sonra o final qarşılaşmasında bolqarıstanlı Dimtar Pençevə qalib gələrək Kubokun sahibi olub. 48 kq çəki dərəcəsində Məhəmməd İmanov 2-ci, 63,5 kq çəkidə Zəkulla Teymurov və 67 kq çəkidə Ağamahmud Siracov isə 3-cü yerə layiq görülüblər.
Veteranlar arasında yarışda isə Daxili İşlər Nazirliyi (DİN) İdman cəmiyyətinin kikboksinq üzrə baş məqçisi, əməkdar məşqçi Hakim Hacıyev bürünc medal qazanıb.
Daha sonra yaxın gələcəkdə kikboksçuları gözləyən yarışlara hazırlıqla bağlı müzakirələr aparılıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024