Mobil versiya
Generaldan Xocalı aeroportu ilə bağlı ermənilərə xəbərdarlıq
Tarix: 24-05-2017 | Saat: 11:44
Bölmə:Gündəm / Karusel | çapa göndər

Generaldan Xocalı aeroportu ilə bağlı ermənilərə xəbərdarlıq



Erməni mətbuatı Xocalı aeroportu ilə bağlı yenidən təxribat xarakterli məlumat yayıb. Düşmən tərəfi bəyan edib ki, aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar həyata keçiriləcək. Gün ərzində bir neçə belə uçuşun həyata keçiriləcəyi bildirilib.
Ermənistan mətbuatında bundan öncə də Xocalı aeroportundan uçuşların həyata keçiriləcəyi barədə məlumatlar yayımlışdı.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bununla bağlı bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemləri tək Xocalı aeroportunda deyil, bütün Dağlıq Qarabağ ərazisində olan uçuş aparatlarını məhv etmək imkanına qadirdir.

General-leytenant qeyd edib ki, erməni KİV-ləri belə məlumatlar yaymaqla Azərbaycanı qıcıqlandırmağa çalışır.

"Dəfələrlə qeyd olunub ki, uçuşlar həyata keçirilsə, Azərbaycan tərəfi tədbirlər görəcək. Buna baxmayaraq müxtəlif zamanlarda belə təxribatçı fikirlər yayıblar. Həmin ərazilər Azərbaycanındır və Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək imkanına malikdir. Ölkənin həm siyasi, həm də hərbi rəhbərliyi bunu bir neçə dəfə bəyan edib”.(azvision.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024