"İslamiada Rio Olimpiadasından yüksək səviyyədə keçirilib"
Tarix: 23-05-2017 | Saat: 16:47
Bölmə:Gündəm / Manşet | çapa göndər
"Azərbaycan İslam Həmrəyliyi Oyunlarında 75 qızıl medalla birinci yerdədir. 162 medal qazanan komanda gözəl idman nümayiş etdirib. Bura gələn ölkələrdən 70 faizdən çoxu medal qazanıb. Bu, onun sübutudur ki, burada gərgin mübarizə aparılıb. Bu mübarizədə yığmamız birinci yerdə olub. 2 il ərzində planlaşdırılan işlər yüksək səviyyədə həyata keçirilib"
Bunu gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, oyunlar ərəfəsində ciddi problem yaşanmayıb: "Açılış mərasimi zamanı nəqliyyatla bağlı bir az problem oldu, lakin bağlanış mərasimində nəqliyyatla bağlı hər hansı problem qeydə alınmadı. Bütün qonaqlar və azarkeşlər nəqliyyatdan razı qaldı. 16 idman obyektində yarışlar problemsiz keçirildi və vaxtında məlumatlar ötürüldü”.
A.Rəhimov qeyd edib ki, hələ də Atletlər kəndində qalan idmançılar var. "Bəzi yığmalar mayın 25-ə qədər burada qalacaqlar. Onların biletləri ayın 25-ə alındığı üçün qalmaqları üçün bütün şərait yaradılıb. Bakıda keçirilən İslam Oyunları deyərdim ki, Rio de Janeroda keçirilən olimpiya oyunlarından yüksək səviyyədə keçirildi. Bununla Azərbaycanın imkanları dünyaya göstərildi ki, biz hər növ yarışları keçirməyə qadiriq. Əməliyyat şirkətində 1500-ə yaxın işçi çalışırdı ki, bunun 100-ə yaxını xaricdən gələn ekspertlər olub”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024