"İslam Oyunlarından sonra ölkəmizə turist axını olacaq" - İlham Əliyev
Tarix: 23-05-2017 | Saat: 16:02
Bölmə:Gündəm | çapa göndər
“Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür”.
Prezident İlham Əliyev bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
“Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır. Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir.
Bakıda keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, - halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilibdir, - Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevinirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq hissi ilə təşkilati məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq.
Prezident bildirib ki, idman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir: “Əlbəttə, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar. Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.
Dövlət başçıs qeyd edib ki, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir: “Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır. Bir məsələni də qeyd etmək istəyirəm. Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir. Bizim xalqımızın çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz müasir dövrdə o qədər də böyük deyil. Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayarıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə görün, nə qədər böyük uğurlar əldə etmişik. İdman isə ölkələrin gücünü, siyasətini göstərir, xalqların gücünü göstərir. Sovet dövründə heç vaxt bizim ağlımıza gələ bilməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər.
Biz müstəqillik gününün ərəfəsindəyik. Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik. Bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə verilən növbəti töhfədir. Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirəm ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir. Bir daha qayıdıram çıxışımın əvvəlinə. Bütün bu qələbələri bizə idmançılar bəxş ediblər. Ona görə, mən onları bir daha təbrik edirəm, onları qucaqlayıram, bağrıma basıram və onlara yeni qələbələr, uğurlar arzulayıram”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024