Mobil versiya
Azərbaycanda ötən il 161 hərbçiyə ev verilib
Tarix: 23-05-2017 | Saat: 15:03
Bölmə:Gündəm / Karusel | çapa göndər

Azərbaycanda ötən il 161 hərbçiyə ev verilib



Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ümumi dəyəri 19,3 milyon manat olan 161 mənzil Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə verilib.

AzVision.az xəbər verir ki, bu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, 2016-cı ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölmələri üzrə xərclərin stabil icrası təmin edilib.

Hesabat ilində müdafiə bölməsi üzrə nəzərdə tutulan cari xərclərin icrası 2192,7 milyon manat olub. Bu da 2015-ci illə müqayisədə 491,9 milyon manata və ya 28,9 faiz çoxdur.

Bununla yanaşı 2016-cı ildə bu bölməyə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsaitlərin də nəzərə alınmaqla, 2016-cı il dövlət büdcəsindən müdafiə xərclərinə 2447,6 milyon manat vəsait yönləndirilib. Bu da dövlət büdcəsi xərclərinin 13,8 faizinə bərabərdir.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üzrə icra 1117,1 milyon manat olub. Bu da 2015-ci illə müqayisədə 11,5 milyon manat və ya 1,0 faiz çoxdur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024