Sumqayıtda qarpız üstündə qətl törədən şəxs 16 il cəza aldı - FOTO
Tarix: 26-06-2015 | Saat: 10:46
Bölmə:Parlament / Manşet | çapa göndər
“Mən qarpız satıram bəyəm?”.
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Kamil Məmmədovun (1985-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Aia.az Oxu.Az-a istinad xəbər verir ki, xəbər verir ki, ötən il iyulun 28-də işdən sonra Kamil Məmmədov Sumqayıtda, sürücülük məktəbinin yaxınlığındakı kafedə 200 qram araq və 5 bokal pivə içəndən sonra, təxminən saat 21 radələrində taksiyə minərək yaşadığı Kimyaçılar qəsəbəsinə yollanıb.
Evinin qarşısında səyyar meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan qonşusu Rasim Əliyevlə rastlaşıb, ondan evində qarpız olub-olmamasını soruşub. Sonuncu Kamilin bərk sərxoş olduğunu görüb, söylədiyini qeyri-ciddi qəbul etməklə, acıqlı tərzdə “mən qarpız satıram bəyəm?” deyə cavab verib. Bu söz Məmmədova pis təsir etdiyindən o taksidən düşüb və Əliyevə yaxınlaşıb kobud və narazı formada danışmasının səbəbini soruşduqda, qonşusu nalayiq söyüşlər söyüb əl-qol ataraq, onun əynindəki köynəyi dartıb cırıb. Kənar şəxslərin yanında Rasimin hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edən Kamil öz evinə gedib mətbəxdən bıçağı götürüb, geri qayıdıb və Əliyevə bir-iki zərbə endirib. Ətrafda olan adamlar mane olaraq ona növbəti zərbələri endirməyə imkan verməyiblər. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Elə həmin gecə Kamil Məmmədov Sumqayıt ş. 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu məlum olub.
Məhkəmə prosesində Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib, zərərçəkən Rövşən Əlizadə atasını qətlə yetirən şəxsə sərt cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024