Mobil versiya
18 günə 53 min manat cərimə - 1319 sürücü "sarı zolağ"a girib
Tarix: 23-05-2017 | Saat: 13:09
Bölmə:Gündəm / Karusel | çapa göndər

18 günə 53 min manat cərimə - 1319 sürücü "sarı zolağ"a girib



Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına icazəsiz daxil olan 1319 sürücü cərimələnib.

Bunu AzVision.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb:

“Birinci Avropa Oyunları zamanı bu rəqəm xeyli çox idi. Nəzərə alsaq ki, IV İslam Həmrəyliyi Oyunlarında daha çox ölkə iştirak edirdi, daha böyük tədbir idi, bu göstəricini qənaətbəxş hesab etmək olar”.

Qeyd edək ki, bu gün - may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.

Ümumilikdə isə 18 gün ərzində sarı zolağa girən sürücülər 52 min 760 manat cərimələnib

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024