Mobil versiya
Güclü qasırğa İsmayıllıya ciddi ziyan vurub
Tarix: 22-05-2017 | Saat: 11:02
Bölmə:Gündəm / Karusel | çapa göndər

Güclü qasırğa İsmayıllıya ciddi ziyan vurub



Dünən saaat 17:00 radələrində İsmayıllı rayonunun mərkəzi və ətraf ərazilərdə dolu və yağışla müşayiət olunan güclü qasırğa olub. Qasırğa nəticəsində bir maşının üzərinə ağac aşıb, 8 kommunal yaşayış binasının dam örtüyü həm küləyin təsiri, həm də ağacın aşması nəticəsində zədələnib.
Bu barədə İsmayıllının icra başçısının birinci müavini Rövşən Ağayev deyib. Onun sözlərinə görə, rayon mərkəzinə dəymiş ziyan müəyyənləşdirilir.

"Mülki tikililərə dəymiş zərərlə bağlı 30-a yaxın vətəndaş müraciət edib. Hal-hazırda bunlar araşdırılır, hadisə yerinə baxış keçirilir. İsmayıllıya rayonun mərkəzi və yaxın ətraf ərazilərdə ən ciddi ziyan elektrik təhcizatı və rabitə xətlərinə dəyib. Elektrik enerjisi ilə bağlı problem aradan qaldırılmayıb. Günün ikinci yarısına qədər öz həllini tapacaq”.

R.Ağayev qeyd edib ki, dolu düşən ərazilərdə kənd təsərrüfatına da zərər dəyib. Xüsusilə, üzüm sahələrinə ziyan dəyib. Dəyən ziyan müəyyənləşdirilir.(azvisoin)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024