Mobil versiya
Güclü külək Daşkəsənə ziyan vurub
Tarix: 19-05-2017 | Saat: 16:52
Bölmə:Gündəm / Karusel | çapa göndər

Güclü külək Daşkəsənə ziyan vurub



Mayın 19-da saat 13-30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.

Daşkəsən rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, şəhər İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəyib. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyünə daha ciddi ziyan dəyib, güclü külək həmin binanın dam örtüyünü tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.

10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxıb.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024