Mobil versiya
Avropa Məhkəməsi Ermənistanın əleyhinə qərar qəbul etdi
Tarix: 19-05-2017 | Saat: 16:43
Bölmə:Gündəm | çapa göndər

Avropa Məhkəməsi Ermənistanın əleyhinə qərar qəbul etdi



Avropa İnsan Haqları məhkəməsi "Nikoğosyan Ermənistana qarşı" işi üzrə qərar qəbul edib. AzVision.az erməni KİV-ə istinadən xəbər verir ki, Robert Nikoğosyan 2011-ci ilin dekabrın 3-də İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında konvensiyanın 34-cü maddəsinin əsasında Ermənistana qarşı şikayət təqdim edib.

Qeyd edək ki, iddiaçı Dövlət Gəlirləri Komitəsinin əməkdaşı olub. 2009-cu ildə işdən azad edilib. İrəvanın Kentron və Nork Maraş inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi onun xeyrinə qərar çıxarıb və işdən çıxma barədə qərarı etibarsız qəbul edib. Göstəriş verilib ki, o əvvəlki vəzifəsinə qaytarılsın və kompensasiyası verilsin.

Şikayətçi məhkəmənin yekun qərarını həyata keçirmək üçün adekvat addımların atılmamasından, keçmiş vəzifəsinə bərpa olunmamasından və müəyyən edilmiş kompensasiyanın bir hissəsi ödənilməməsindən şikayətlənib. O, xüsusilə 10 milyon 506 min 871 dram miqdarında müvafiq kompensasiyanın ödənilməsini də tələb edib.

Avropa Məhkəməsinin bu gün qəbul etdiyi qərarda qeyd edilib ki, 2009-cu il avqustun 11-də şikayətçinin xeyrinə qəbul edlən hökm 5 ildir tədbiq edilməyib. Ermənistan hakimiyyəti isə bu gecikməyə heç bir səbəb gətirə bilmir. Buna görə də məhkəmə hesab edir ki, Ermənistan hakimiyyəti qərarın həyata keçirilməsi üçün zəruri tədbirlər görməyib və konvensasiyanın maddəsini pozub.

Nəticədə, Avropa İnsan Haqları Məhkəməsi Ermənistanı dəymiş mənəvi ziyana görə 3.600 avro cərimə ödəməyə məcbur edən qərar çıxarıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024