Mobil versiya
"Ermənistan ordusunun itkiləri 50 nəfərə yaxındır" - Müdafiə Nazirliyi
Tarix: 18-05-2017 | Saat: 17:53
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Ermənistan ordusunun itkiləri 50 nəfərə yaxındır" - Müdafiə Nazirliyi



“Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuzda nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağndan ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu klimi həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir”.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır.

“Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş əraziləmizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməniəsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır”.

Qeyd edək ki, Ermənistanın “Johovurd” qəzeti rəsmi məlumatlara əsasən bildirib ki, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb.

Onlardan 10-nu cəbhə xəttində baş verən atışmada öldürülüb. 16 hərbçi isə intihar, qəza, əsgərlər arasında güllələmə, silahla davranma qaydalarının pozulması və törədilən cinayətlər nəticəsində ölüb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024