""Porsche" və "Escalade" sürürdü, inandım" - "MTN-in qadın polkovniki"nin məhkəməsi
Tarix: 18-05-2017 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər
Vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə keçirilib.
AİA.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səidə Əliyeva ifadə verib. O, ifadəsində A.Akimovanı 2010-cu ildən tanıdığını, Beynəlxalq Universitetdə təhsil alan qızının diplom alması ilə bağlı ona müraciət etdiyini göstərib: "Aygünlə Afət Hüseynovanın mağazasında tanış olmuşdum. Mənə deyirdi ki, yüksək vəzifəli şəxslərlə qohumluğum var, qızının diplomunu bir həftəyə ala bilərəm. Amma heç kimin adını çəkmirdi. Mən də 5 min manat pul verdim. Nə pulumu qaytardı, nə də diplomu aldı".
Zərərçəkmiş uzun müddət pulunu geri ala bilmədiyinə görə sonda hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:
"Afət Hüseynova şikayət etdikdən sonra mən də 2015-ci ildə Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi verdim. Gördüm ki, səs-səmir çıxmır, hamını aldadır".
A.Akimovanın evində dayəlik edən zərərçəkmiş Rita Həsənzadə məhkəməyə verdiyi ifadəsində təqsirləndirilən şəxsə 28 min 700 manat pul verdiyini açıqlayıb: "Günü 20 manat olmaqla onun uşağına baxırdım. Məni evə getməyə qoymurdu, onlarda qalırdım. Həmin ərəfədə mən ev satmışdım. Dedi ki, mənə 20 min manat pul ver fəhlələrə verim, yoldaşım Gənclikdə ev tikir, sənə oradan ev verəcəyəm. Mən də pullarımı bankda saxlayırdım. Pulu çıxarıb verdim".
Zərərçəkmişin ifadəsinə görə, pullarını A.Akimovadan geri istəyəndə onu evə buraxmayıb: "Məni dəli olmaq dərəcəsinə çatdırmışdı. Deyirdi, kişi ağır işə düşüb, onun adını çəkmək olmaz. Dediyinə görə, iş adamıydı, adı da Abdulla. Tez-tez Aygün mənə "sənə Gənclikdə tikilən binadan yer verəcəyəm, uşağına klinika açarsan" deyirdi. Digər tərəfdən özünün 10 kilo, qardaşının 5-6 kilo qızılı olduğunu da deyirdi".
L. Həsənzadə ifadəsində bildirib ki, A.Akimova özünü mötəbər şəxs kimi təqdim edib, bahalı maşınlar sürüb, gecə-gündüz başının qarışıq olduğunu deyirdi: "Aygünlə yoldaşı bina tikirdilər. Nə vaxt zəng vururdum, deyirdi ki, işləyirəm. Sonradan telefonlarıma da cavab vermədi. Məcbur olub onun-bunun telefonundan zəng vururdum. Hər dəfə də "yanımda adam var, danışa bilmirəm" deyirdi. Neçə dəfə soruşmuşdum ki, gecə də tikinti olar? Deyirdi, sən bilmirsən".
Zərərçəkmiş daha sonra A.Akimovanın xərclədiyi pullardan danışıb: "Onun xərclədiyi pulun sayı-hesabı yox idi. Hər dəfə restorana gedəndə 300-500 manat pul xərcləyirdi. "Porsche" və "Escalade" sürürdü. Bahalı paltarlar geyinir, evə yüksək səviyyədə bazarlıq edirdi. Deyirdi ki, bu yaxında 1 milyon pul gələcək, sənin də pulunu qaytaracağam. Aygün istəsəydi, mənim pulumu yarım saata da qaytara bilərdi".
Məhkəmə prosesi mayın 25 -də davam edəcək.
Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlara Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024