Azərbaycanın birinci xanımı Robert Sekuta ilə görüşdü
Tarix: 15-10-2015 | Saat: 18:13
Bölmə:Siyasət / Karusel | çapa göndər
Görüşdə ölkədə regionun ən iri layihələrinin reallaşdırıldığı vurğulandı.
Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının səfiri Robert Sekuta ilə görüşüb.
Qonaqları Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrdən danışıb.
Azərbaycanın birinci xanımı ölkə müstəqilliyini bərpa edəndən sonra Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iki ölkə arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.
Görüşdə ölkədə regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.
Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm də Avropa üçün əhəmiyyəti vurğulanıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024