Mobil versiya
7 ermənini öldürən Permyakovdan yeni xəbər var
Tarix: 18-05-2017 | Saat: 16:01
Bölmə:Gündəm / Karusel | çapa göndər

7 ermənini öldürən Permyakovdan yeni xəbər var



Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdə günahlandırılan Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Ədliyyə Nazirliyi yayıb.

Məlumata əsasən rəsmi Moskva Ermənistan tərəfinə Valeri Permyakovun ömürlük həbs cəzası çəkəcəyini vəd edib və onun azadlığa buraxılmayacağına zəmanət verib.

Xatırladaq ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib. Ermənistan məhkəməsi ötən il avqustun 23-də Permyakova ömürlük həbs cəzası verib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024