"Azərbaycan Dəmir Yolları" QSC tender keçirir
Tarix: 18-05-2017 | Saat: 10:39
Bölmə:Gündəm | çapa göndər
"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamenti açıq tender elan edir.
AİA.az xəbər verir ki, tender 1 lot üzrə keçirilir: Sərnişin vaqonları üçün yataq ləvazimatlarının (15200 ədəd yastıq üzlüyü (60x60), 28000 ədəd döşək üzlüyü (150x220), 10000 ədəd dəsmal (40x70), 4000 ədəd sintepon yorğan (205x140) (üzlüklə birgə)) satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları Haqqında" qanuna uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti, zəmanət müddəti.
Tələb olunan mallar tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş sayda və müddətdə təyin edilmiş məntəqəyə təhvil verilməlidir.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
- Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları (o cümlədən beynəlxalq uyğunluq sertifikatı).
Tender təklifləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 iyun 2017-ci il saat 18:00-a qədər, tender təklifi və
bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 5 iyul 2017-ci il saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva, 230 ("Azərbaycan Dəmir Yolları" QSC, Sərnişin daşımaları departamentinin tender komissiyası) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılma-dan geri qaytarılacaq.
İddiaçıların təklifləri 6 iyul 2017-ci il tarixdə, saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024