Azərbaycanla Yaponiya arasında hərbi əlaqələr qurulacaq
Tarix: 17-05-2017 | Saat: 16:41
Bölmə:Gündəm | çapa göndər
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb.
AİA.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycanla Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.
Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024