Mobil versiya
Pakistan prezidenti İlham Əliyevə məktub göndərib
Tarix: 16-05-2017 | Saat: 18:26
Bölmə:Siyasət | çapa göndər

Pakistan prezidenti İlham Əliyevə məktub göndərib



Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Pakistan Hökuməti və xalqı adından Sizə səmimi və xoş arzularımı çatdırmaq istərdim.

Bizim ölkələrimiz sıx tarixi, dini və mədəni əlaqələrlə bir-birinə bağlıdır. Pakistan bu əməkdaşlığı siyasi, mədəni, enerji və müdafiə sahələrində daha da genişləndirməyin tərəfdarıdır.

Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq forumlar çərçivəsində birgə səylərimiz bizə bu dəyərli məqsədlərə çatmağa kömək edəcək.

Mən bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024