Mobil versiya
Bakıda 12 yaşlı oğlan itkin düşdü
Tarix: 16-05-2017 | Saat: 18:10
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakıda 12 yaşlı oğlan itkin düşdü



Bakıda 12 yaşlı uşaq itkin düşüb.

Uşağın yaxınlarının Trend-ə verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu Yasamal rayonundan Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakıxanov İdman Liseyinə gedərkən itkin düşüb: "Mayın 12-də səhər saatlarında Amil anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb.

Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla liseyə yola salıb. Lakin uşaq həmin liseyə getməyib. Azyaşlının hara getməsi barədə məlumat yoxdur. Liseydən bildiriblər ki, uşaq həmin gün dərsə gəlməyib. 3 günlük axtarışlar nəticəsiz qaldığından mayın 15-də valideynləri bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət ediblər. Hazırda polis də axtarışları davam etdirməsinə baxmayaraq itkin düşən 6-cı sinif şagirdindən heç bir xəbər yoxdur".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024