Mobil versiya
Bu şəxslərə də diplomatik pasport veriləcək - parlament təsdiqlədi
Tarix: 16-05-2017 | Saat: 13:53
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bu şəxslərə də diplomatik pasport veriləcək - parlament təsdiqlədi



“Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub.

Belə ki, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilməsi nəzərdə tutulub.

Qanunda Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığı üçün, onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb. Dəyişiklik layihəsində isə , Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024