Azərbaycanda benzinin qiyməti düşə bilər?...
Tarix: 12-05-2017 | Saat: 14:44
Bölmə:Gündəm / Manşet | çapa göndər
Dünyada izlənilən tendensiyaya görə, bazarlarda neftin qiyməti ucuzlaşanda yanacaq, o cümlədən benzin ucuzlaşır. Yaxud əksinə, neft bahalaşanda benzin də bahalaşır. Amma nə hacətdirsə, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində satılan benzinin qiymətinə nə manatın dəyər qazanması, nə neftin bahalaşması, nə də ucuzlaşması təsir edir. Bir sözlə, yanacaq qiymətlərində təsir əks təsirə bərabər olur.
Hazırda milli valyutanın – manatın məzənnəsinin sabitliyi və neftin qiymətinin 50 dollar səviyyəsində qərarlaşması benzinin ucuzlaşması üçün zəmin yaradır...
Maraqlıdır ki, dünya bazarında “qara qızıl” bahalaşanda Azərbaycanın müvafiq qurumları buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi də yüksək oktanlı benzinin bir hissəsinin xaricdən alınması göstərilir. Dünya bazarında neftin qiyməti ucuzlaşanda isə buna müvafiq olaraq benzinin qiyməti ucuzlaşmır. Həm də diqqətçəkən məqam, hətta qiyməti tənzimlənən malların, müxtəlif məntəqələrdə cüzi də olsa fərqli satılmasıdır ki, bu hal yanacaq qiymətlərində müşahidə olunmur.
Hazırda Azərbaycanın bütün yanacaqdoldurma məntəqələrində “SUPER” markalı benzinin qiyməti 1.20 manat, “Aİ-95 Premium”un qiyməti 1.15 manat, “Aİ-92” markalı benzinin qiyməti 70 qəpikdir. Yəni heç bir yanacaqdoldurma məntəqəsi benzini 1 qəpik baha, yaxud ucuz satmır, ya da sata bilmir...
Bazara kim nəzarət edir?..
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a deyib ki, məsələ ətrafında yaranmış sualları hökumət cavablandırmalıdır:
“2014-cü il 1 aprel tarixindən yüksək oktanlı yanacağın qiyməti dövlət tərəfindən tənzimlənmir. Aidiyyatı qurumlar heç olmasa, bircə dəfə maraqlanıbmı ki, niyə “Aİ-95 Premium” Bakı şəhərindən Böyük Kəsiyə qədər olan yanacaqdoldurma məntəqələrinin hamısında eyni qiymətədir. Axı onun qiyməti dövlət tərəfindən tənzimlənmir?.. Əgər kimsə kapitalizmin əsaslarını oxuyubsa, bunun “Kartel sazişi” olmasını anlayır. Bu o deməkdir ki, bazara yalnız bir və ya bir neçə monopolist nəzarət edir. Əgər hökumət buna reaksiya vermirsə, deməli onlarla əlbirdir”.
“Qonşu ölkələrə baxın...”
Ekspert fərqi izah etmək üçün qonşu ölkələri misal gətirir:
“Ən azından qonşu ölkələrə - İrana, Gürcüstana, Rusiya təcrübəsinə baxmaq lazımdır. Bu ölkələrin hamısında yanacağın qiyməti mənətəqələrə görə dəyişir. Buna uyğun olaraq Azərbaycanda da heç olmasa bir-iki yanacaqdoldurma məntəqəsindəki qiymətlər fərqlənməli idi. Ölkəmizdə 700-ə yaxın yanacaqdoldurma məntəqəsi var. SOCAR, “Azpetrol”, “Lokoyl” cavab versin ki, niyə “Aİ-95 Premium”un qiymətini 1 qəpik ucuzlaşdırmır, yaxud bahalaşdırmır?
Cavabları budur: “Müştəri itirmək istəmirik”. Onda 1 qəpik ucuz satın. Ona da getmirsiniz axı... Mənə maraqlıdır, antimonopol qurumların işi nədən ibarətdir? Yalnız ətin qiymətinə nəzarət etmək? Axı ət də təxminən hər yerdə eyni qiymətə ya 10 manat 50 qəpiyə, ya da 11 manata satılır. Bakıda da, Şəkidə də, Gəncədə də eynidir. Əslində bütün bunlar göstərir ki, bizdə sosializmdir, heç bir kapitalist münasibətləri formalaşmayıb”.
“Tənzimlənən qiyməti dəyişmək olmaz”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı Modern.az-a deyib ki, bu, sual doğuran məsələdir:
“Burada bölgələrə görə qiymət yoxdur. Məsələn, Bakıda da, hansısa bölgədə də yanacağın qiyməti eynidir. Çünki Azərbaycanda yanacağın qiyməti tənzimləndiyindən hər yerdə eynidir. Buna heç kim toxuna bilməz. Hökumətin qərarına qarşı çıxmaq olmaz.(modern.az)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024