Mobil versiya
Ayın 13-dək yağış yağacaq - Xəbərdarlıq
Tarix: 10-05-2017 | Saat: 15:29
Bölmə:Gündəm | çapa göndər

Ayın 13-dək yağış yağacaq - Xəbərdarlıq



Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 13-15° isti, gündüz 18-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, mayın 11-i gündüzdən 13-ü səhərədək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024