Mobil versiya
Rusiya erməni faşizminə niyə göz yumdu? – Millət vəkili soruşur
Tarix: 10-05-2017 | Saat: 15:22
Bölmə:Siyasət | çapa göndər

Rusiya erməni faşizminə niyə göz yumdu? – Millət vəkili soruşur



“Moskvada və Sankt-Peterburqda alman nasizmi üzərində qələbənin 72 illiyilə bağlı tədbirlərdə işğal altında olan Azərbaycan torpaqlarında yaradılmış qondarma qurumun "bayrağının" qaldırlması və separatçı şüarlar səsləndirilməsi təkcə ölkəmizin əleyhinə yönəlməyib”.

Bu sözləri AzVision.az-a açıqlamasında siyasi icmalçı, millət vəkili Sahib Alıyev deyib. O, bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinə təsirsiz ötüşməyəcək bu addım əslində "ölməz alay" hərakatını gözdən salmaq, nasistlərə ölüm-dirim savaşına çıxanların, bu yolda canından keçənlərin ruhları qarşısında böyük sayğısızlıqdır. Çünki Dağlıq Qarabağdakı separatçı rejimin də erməni nasistlərindən təşkil edildiyi, onun əksər təmsiçilərinin Xocalı soyqırımında, Kosalarda, Qaradağlıda və Ağdabanda törədilən oxşar olaylarda yer aldıqları kimsəyə sirr deyil.

“Əgər alman nasizmi üzərində qələbənin 72 illiyi münasibətilə keçirilən tədbirdə, başının dəstəsilə hitlerçilərin sırasında vuruşmuş Qaregin Njdeni milli ideoloqları və qəhrəmanları sayan erməni nasistləri öz əski parçalarını dalğalandırır və Rusiya rəsmiləri də buna göz yumursa, bu, artıq sözün bitdiyi yerdir”,- deyə millət vəkili vurğulayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024