Bu yerlərdə "wi-fi" pulsuzdur
Tarix: 10-05-2017 | Saat: 14:29
Bölmə:Şou-biznes | çapa göndər
Bu gündən etibarən Dənizkənarı Milli Park ərazisinin "Ağ şəhər" zonasını, "Sahil bağı" və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz "wi-fi" xidmətindən faydalana bilərlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq "İctimai internet" şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.
"Baktelecom"un İctimai əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyevanın sözlərinə görə, qurum "Baku loves you" brendi adı altında təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır: "Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.
Hazırda mobil telefon, noutbuk, planşet və sair portativ cihazlarla şəbəkə siyahısında "Baktelekom"la yanaşı, bəzi ərazilərdə "Baku loves you" adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək və pulsuz internetdən istifadə etmək mümkündür. Bundan başqa, Dənizkənarı Milli Park və "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internetdən yararlanıb".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər