Polad Bülbüloğlu ermənilərdən rus nazirə şikayət etdi
Tarix: 10-05-2017 | Saat: 14:24
Bölmə:Siyasət / Karusel | çapa göndər
Azərbaycanın Rusiyadakı səfirliyi ötən gün Moskvada “Ölməz Alay” adlı yürüş zamanı azərbaycanlı və erməni gənclər arasında baş verən insidentlə bağlı bəyanat yayıb.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, ötən gün iki xalq arasında gərginliyi artırmaq üçün təxribat törədilib.
Bəyanatda vurğulanıb ki, baş verənlərlə bağlı və gələcəkdə bu cür halların təkrarlanmaması üçün səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyi, Moskva rəhbərliyi və digər federal strukturlarla danışıqlar aparıb.
Bildirilib ki, səfirlik hadisə zamanı zərərçəkən həmyerlilərimizlə əlaqə saxlayıb. Onların vəziyyəti səfirlik tərəfindən nəzarətdə saxlanılır.
Qeyd edək ki, ötən gün Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb. Aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. Belarusskaya metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb.
Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb edib. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024