General sürücülərə göstərişlər verdi
Tarix: 10-05-2017 | Saat: 11:05
Bölmə:Gündəm / Manşet | çapa göndər
Bakı Nəqliyyat Agentliyinin baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı Nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüşüb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Oyunların nəqliyyat əməliyyatlarına cəlb edilən sürücülərə yol hərəkəti qaydalarına əməl etmələri barədə, eyni zamanda onlara tapşırılan missiyanı yerinə yetirərkən əsl vətəndaşlıq mövqeyindən çıxış etmələri ilə bağlı tövsiyələrini verib.
Diqqətə çatdırıb ki, bu işdə yol-patrul xidmətinin əməkdaşları sürücülərə dəstək olacaq. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli bildirib ki, qarşıdakı günlərdə atletlər və onların məşqçilərinə göstəriləcək nəqliyyat xidmətlərinin keyfiyyətinin məhz yüzlərlə sürücü arasından seçilmiş bu şəxslərin peşəkar fəaliyyətindən aslıdır.
Görüşdə sürücüləri maraqlandıran suallar da cavablandırıb. Atletlərin daşınması zamanı ortaya çıxa biləcək maneələrin dərhal aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024