Mobil versiya
Tramp FTB rəhbərini vəzifəsindən kənarlaşdırıb
Tarix: 10-05-2017 | Saat: 09:54
Bölmə:Gündəm | çapa göndər

Tramp FTB rəhbərini vəzifəsindən kənarlaşdırıb


ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırıb.

AİA.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin bəyanatında bildirilir.

"Prezident Donald Tramp bu gün FTB direktoru Ceyms Komini səlahiyyətlərinin başa çatması və vəzifədən uzaqlaşdırılması barədə məlumatlandırıb”, - deyə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayserin bəyanatında bildirilir.

"FTB - ən sevilən və hörmət olunan təsisatlardan biridir. Bugünkü gün hüquq-mühafizə qurumlarının incisi üçün yeni dövrün başlanğıcı olacaq”, - deyə Tramp bəyan edib.

Komi prezident Barak Obama tərəfindən 2013-cü ildə FTB rəhbəri vəzifəsinə 10 illik müddətə təyin olunub.

Komi Trampın əleyhinə yönələn "Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib. Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş oldu.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024