Mobil versiya
Beynəlxalq Gimnastika Federasiyası Mehriban Əliyevanı yüksək mükafatla təltif etdi
Tarix: 09-05-2017 | Saat: 15:22
Bölmə:Gündəm / Manşet | çapa göndər

Beynəlxalq Gimnastika Federasiyası Mehriban Əliyevanı  yüksək mükafatla təltif etdi



Mayın 6-7-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Şuranın iclası keçirilib.

Trend-in məlumatına görə, FIG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi FIG Konqresi tərəfindən seçilir və ildə bir dəfə Şuranın iclasları təşkil olunur.
2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.

FIG-nin prezidenti M.Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib və Beynəlxalq Gimnastika Federasiyasının medalını Azərbaycan Gimnastika Federasiyanın prezidentinə təqdim edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024