Mobil versiya
Gəncədə güclü külək bir sıra fəsadlar törədib
Tarix: 09-05-2017 | Saat: 14:08
Bölmə:Gündəm / Karusel | çapa göndər

Gəncədə güclü külək bir sıra fəsadlar törədib



Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

AİA.az-ın APA-ya istinadən məlumatına görə, külək nəticəsində Dədə Qorqud prospektində yerləşən iki çoxmərtəbəli binanın dam örtüyü uçub. Bəzi küçə və prospektlərdə yolun kənarına quraşdırılmış avtobus dayanacaqları aşıb.

Məlumata əsasən, güclü külək şəhərin Adil Ziyadxanov küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyünü uçurub. Bundan başqa, Mahrasa bağında hündür ağaclar yaxınlıqdakı yaşayış evlərinin və obyektlərin üzərinə aşaraq, ciddi ziyan vurub.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə baş verən ərazilərə cəlb olunublar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024