“Müsəlman ölkələri Azərbaycan təcrübəsindən bəhrələnməlidir”
Tarix: 08-05-2017 | Saat: 14:35
Bölmə:Gündəm | çapa göndər
“Son yüz illərdə dünyada bir xristian təəssübkeşliyi var. Türkiyə neçə ildir ki,Avropa Birliyinin qapısını döyür. Amma müəslman ölkəsi olduğuna görə qapıdan içəri buraxmırlar”.
Bunu Modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Deputat bildirib ki , IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu gün dünya ölkələrini narahat edən milli-dini qarşıdurmadan qaçmağın yollarını axtarmağa kömək edir.
“Artıq IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə olunan məsələlər də ciddiləşir. Bəşəriyyətin inkişafında əsas rol oynayan maraqlı məqamlar gündəmə gəlir. Məsələn, ailələrin tərbiyyəsi, qadının savadlı olması. Əgər qadın savadlı olarsa, savadlı övladlar da böyüdür. Həmin savadlı övladlar isə sabah ölkəni idarə edir. Bütün ölkələrdə bu proseslər getdikdən və elmə böyük önəm verildikdən sonra həmin ölkələr də inkişaf edəcək”.
Mətbuat Şurasının sədri deyib ki, artıq islam ölkələrində yeni bir inkişafın şahidi oluruq.
“Yəqin ki, bu istiqamətdə də inkişaf gedəcək. Biz model, sülhsevər bir ölkə yaratmışıq. Mənə elə gəlir ki, digər müsəlman ölkələri də bu təcrübədən bəhrələnməlidir. Bu da yəqin ki, çox uzun bir proses olacaq”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024