Mobil versiya
Azərbaycanda yayımlanan xarici telekanallarda reklamlar qadağan olunur
Tarix: 08-05-2017 | Saat: 14:31
Bölmə:Şou-biznes / Karusel | çapa göndər

Azərbaycanda yayımlanan xarici telekanallarda reklamlar qadağan olunur



Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarında reklamların nümayişi qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bu, yeni hazırlanmış "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub.

Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.

Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024