Biz hər gün Şuşaya qayıtmaq istəyirik...
Tarix: 08-05-2017 | Saat: 14:20
Bölmə:Siyasət | çapa göndər
Bu gün Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-ci ili tamam olur. Bu münasibətlə Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyulub.
Modern.az-ın məlumatına görə, ziyarətdə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, şuşalılar iştirak edib.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Byram Səfərov jurnalistlərə açıqlamasında deyib ki, 25 ildir ki, xalq “ŞUŞA zülmü”nə dözür.
“Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Gec-tez torpaqlarımız işğaldan azad olunacaq. Azərbaycan xalqı, əsgəri və Ali Baş Komandanımızın iradəsi sayəsində torpaqlarımız işğaldan azad olunacaq”.
Şəhidlər xiyabanını ziyarət etdikdən sonra nümayəndə heyəti Cocuq Mərcanlıya yollanıb.
Şuşa Mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov deyib ki, hazırda Cocuq-Mərcanlıda “Şuşa” məscidi tikilir.
“Şəhidlər xiyabanından birbaşa Cocuq-Mərcanlıya yollanırıq. Orada “Şuşa” məscidi tikilir. Bu, Qarabağ gedən yolda bir addımdır. Bu addımı atmaqla torpaqlarımızı işğaldan azad edəcəyik. Düzdü, Azərbaycanda bu gün Şuşanın işğal günü qeyd olunur. Amma bugünkü tarixdə Cocuq Mərcanlıya səfər etməklə, işğal altında olan digər torpaqlarımızın da azad olunacağına inanırıq”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024