Mobil versiya
"Porsche" ilə qəzaya düşüb ölən polis zabitinin FOTOsu
Tarix: 08-05-2017 | Saat: 14:05
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Porsche" ilə qəzaya düşüb ölən polis zabitinin FOTOsu



Mayın 6-da gecə saatlarında Tovuzda baş vermiş dəhşətli qəzada ölən polis zabitinin fotoları yayılıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlunun idarə etdiyi "Porsche" Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpılması nəticəsində o, hadisə yerindəcə vəfat edib. Məlum olub ki, əslən Tovuzdan olan Z.Qəhrəmanov rayona toy məclisinə gedibmiş.

Qeyd edək ki, hadisə vaxtı avtomobildə olan Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5416 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}