"Bank "Rolls Royce"u hərraca çıxarıb, amma..." - Hacı İbrahim
Tarix: 08-05-2017 | Saat: 14:01
Bölmə:Gündəm / Karusel | çapa göndər
İş adamı hacı İbrahim Nehrəmli "Rolls Royce" markalı avtomobilinin bank tərəfindən satışa çıxarılması ilə bağlı yayılan xəbərlərə yenidən münasibət bildirib.
AİA.Az xəbər verir ki, bakipost.az-a açıqlama verən biznesmen hərraca çıxarılan avtomobilin başqa adam məxsus olduğunu vurğulayıb: "Mənim "Rolls Royce" maşınımın dövlət nömrə nişanı 760-la bitir və heç vaxt hərraca çıxarılmayıb. Bank tərəfindən "Rolls Royce" markalı avtomobil hərraca çıxarılıb, amma başqa adamın avtomobili olub, onu da mənim adıma çıxarıblar".
İş adamı xəbərin yayılmasında mətbuatı günahlandırıb: "Tanınmış adamam, ona görə qəzetlər, saytlar məndən yazıb sensasiya yaratmaq istəyirlər. Yalan məlumatlardır, maşınımı niyə hərraca çıxarsınlar ki?! Elə bir şey yoxdur".
Qeyd edək ki, bir neçə gün öncə ölkə banklarına külli miqdarda borcu olan "Avesta Concern" rəhbəri, nehrəmli iş adamı kimi tanınan hacı İbrahimin 900 minlin "Rolls Royce" markalı avtomobilinin bank tərəfindən satışa çıxarıldığı bildirilirdi. Qeyd olunurdu ki, o, həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb və son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib.
Məhz buna görə də bank iş adamının "Rolls Royce" markalı avtomobilini hərraca çıxarıb.
Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi.
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılmışdı.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər