"Xainlərə ən ağır cəza verilməlidir" - Ramaldanov
Tarix: 08-05-2017 | Saat: 12:23
Bölmə:Gündəm / Manşet | çapa göndər
Azərbaycanın ehtiyatda olan polkovniki, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov bəzi hərbçi və mülki şəxslərin ermənilərlə işbirliyində olması ilə bağlı ötən gün 4 dövlət qurumunun yaydığı məlumata münasibət bildirib.
Polkovnik AzVision.az-a açıqlamasında deyib ki, vətəninə, dövlətinə xəyanət edən şəxslərə kimliyindən aslı olmayaraq ən ağır cəza verilməlidir.
“İnsanlar cürbəcür olur. Cəmiyyətdə yaxşılar olduğu kimi, pislər də var. Xəyanət bağışlanmazdır. Xainlərə deməyə sözüm yoxdur. Cəbhə bölgəsi, şəhidlər, döyüş yoldaşları, bir yandan da belələrinin olması. Belə xəyanətkarlara döyüşən zabit kimi, şəhid verən komandir kimi sözüm yoxdur. Bu haqda danışmaq mənə çox ağırdır”.
Ş.Ramaldanov qeyd edib ki, bu barədə araşdırmalardan sonra daha ətraflı danışmaq mümkün olacaq: “Hər şey araşdırmadan sonra bəlli olacaq. Onlar özləri ora yığılıblar, yoxsa hansısa yollarla ora salınıblar, bu məsələlər araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra hər şey bəlli olacaq”.
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti cəbhənin Tərtər istiqamətində baş verən təxribatlarla bağlı bəyanat yayıblar.
Bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürüblər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər