Mobil versiya
Nazir müharibə veteranları ilə görüşüb
Tarix: 08-05-2017 | Saat: 11:26
Bölmə:Gündəm / Manşet | çapa göndər

Nazir müharibə veteranları ilə görüşüb




Gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, A. Rəhimov veteranları Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edərək, onların vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən, gənc nəslə nümunə olmalarından danışıb və hər birinə can sağlığı arzulayaraq, bu səpkili görüşlərin ardıcıl olmasının vacibliyini bildirib.

Tədbirin yekununda nazir Azad Rəhimov Veteranlara IV İslam Həmrəyliyi oyunlarının açılış mərasiminə biletlər və eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024