Mobil versiya
"Yeni islahatlar mərhələsinə qədəm qoymuşuq" - Əli Əhmədov
Tarix: 06-05-2017 | Saat: 14:27
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Yeni islahatlar mərhələsinə qədəm qoymuşuq" - Əli Əhmədov



"Ulu Öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, ideyaları islahatçılıq fəlsəfəsidir”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev İdeyaları və Dərin İslahatlar Strategiyası” adlı konfransda baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov vurğulayıb ki, bu fəlsəfə bu gün də davam etməkdədir: "Hazırda ictimai aktuallıq kəsb edən məqam ölkənin yeni transformasiya zolağına daxil olmasıdır. Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoyub və Prezident İlham Əliyev onu dərin islahatlar kimi səciyyələndirib. Yeni islahatların zərurəti hər şeydən əvvəl inkişafın tədrici xarakterindən və islahatların sosial hadisə kimi təbiətindən qaynaqlanır. Azərbaycanda dərin islahatlar konsepsiyasının elan edilməsi yeni, daha daha qətiyyətli ictimai tərəqqi naminə böyük ictimai hərəkatın başlanması qismində qəbul edilməlidir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024