Azərbaycanda ov üçün fantastik qiymət - Video
Tarix: 05-05-2017 | Saat: 10:23
Bölmə:Gündəm / Karusel | çapa göndər
Mayın sonlarından etibarən ov mövsümünə start veriləcək. Bəzi turizm agentlikləri bunu fürsət bilib öz xidmətlərini təklif edirlər. Turizm şirkətlərindən biri ov üçün 3 günlük tur təşkil etdiyini elan edib. Bakı-Mingəçevir-Bakı, Bakı-Quba-Bakı istiqamətinə ov səyahətinin qiymətləri də qoyulub. Bir nəfər balıq ovu üçün 500 manat, quş ovu üçün 2300 manat, dağ keçisi ovu üçün isə 7 min manata yaxın pul xərcləməlidir.
Xidmətə oteldə yerləşdirmə, qidalanma və ov ləvazimatları daxildir. Ova çıxmaq istəyənlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli və lisenziya almalıdır. Ancaq həmin lisenziya xeyli ucuz olsa da, turun baha təklif olunması sual doğurur.
Turda iştirak edənlər, ov üçün bütün ləvazimatlarla təmin olunur. Turun bu qədər baha olmasının tüfəng kimi bahalı ləvazımatların təşkilinə görə olduğu zənn edilsə də, qaydalara görə ov üçün nəzərdə tutulan silahlar başqasına verilə bilməz.
Tur təşkil edən agentlik turisti yalnız mövsümi ayaqqabı və geyimlə təmin edə bilər. Bıçaq və tilovdan başqa heç bir silahdan söhbət gedə bilməz. Şəxs, ov tüfəngi əldə etmək üçün müvafiq orqana müraciət etməlidir. Psixoloji vəziyyəti və sağlamlığı yoxlanıldıqdan sonra ona rəsmi sənəd təqdim olunur. Şəxs, yalnız bu sənəd əsasında ovçuluq mağazalarına yaxınlaşa və tüfəng əldə edə bilər.
Mingəçevir və Quba kimi şəhərlərdə 3 günlük 5 ulduzlu oteldə yerləşdirməni, qidalanmanı və nəqliyyat xərclərini hesablayanda təxmini 300 manata yaxın pul tələb olunduğu ortaya çıxır. Araşdırma zamanı məlum oldu ki, fərdi qaydada ova çıxmaq, turizm agentliyinə müraciət etməkdən daha sərfəlidir. (Xəzər TV)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər