Leyla Əliyeva uşaqları sevindirdi - FOTOLAR
Tarix: 05-05-2017 | Saat: 10:10
Bölmə:Gündəm / Manşet | çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbin şagirdləri ilə görüşüb. Bu məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların şəraiti ilə tanış olan Leyla Əliyeva tədris prosesi ilə maraqlanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.
Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.
Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbin şəraiti ilə tanış olub. Burada hazırda 160 uşaq təhsil alır. Bununla yanaşı uşaqlara ev şəraitində fərdi dərslər də verilir.
Uşaqlar hazırladıqları bədii proqram və rəqs nömrələrini təqdim edib və Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024