Mobil versiya
Daxili işlər nazirinin müşaviri vəfat etdi
Tarix: 04-05-2017 | Saat: 13:53
Bölmə:Gündəm / Karusel | çapa göndər

Daxili işlər nazirinin müşaviri vəfat etdi



Daxili işlər naziri Ramil Usubovun müşaviri, polis general-mayoru Sərvər Mehrəliyev bu gecə vəfat edib.

Bu barədə Modern.az saytına mərhumun yaxın ətrafından məlumat verilib. Bildirilib ki, mərhum general bu gün dəfn olunacaq.

Xatırladaq ki, Sərvər Mehrəliyev Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi olub. O, bu ilin fevral ayının əvvəlində yaşı ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilmişdi. Amma elə az müddət sonra - fevralın sonlarında xidmətdə göstərdiyi peşəkarlığı nəzərə alınaraq o, yeni vəzifəyə - daxili işlər nazirinin müşaviri postuna təyin olunmuşdu.

Sərvər Mehrəliyev 1957-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində doğulub. 1976-80-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. 80-ci illərin sonlarından daxili işlər orqanlarında işləyirdi...

Allah rəhmət eləsin.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə