Mobil versiya
Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq
Tarix: 04-05-2017 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər

Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq



Daha bir yolda hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən AİA.az-a verilən məlumata görə, Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, may ayının 4-dən 5-nə keçən gecədən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun "Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Dövlət Yol Polisi idarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin, həmin kəsişmədən Bİləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024