Mobil versiya
“Regionun taleyini dəyişəcəyik” – Ərdoğandan Putinə jest
Tarix: 03-05-2017 | Saat: 15:09
Bölmə:Siyasət / Karusel | çapa göndər

“Regionun taleyini dəyişəcəyik” – Ərdoğandan Putinə jest



Soçidə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşü başlayıb.

AzVision.az xəbər verir ki, Soçiyə gəldiyi üçün R.T. Ərdoğana təşəkkür edən V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Rusiya və Türkiyənin birgə addımları Yaxın Şərqdəki vəziyyətə təsir etmək imkanına malikdir:

“Bu gün həm ikitərəfli formatda münasibətləri müzakirə etmək üçün yaxşı imkan var, həmçinin regional məsələləri də müzakirə edə biləcəyik. Bizim çiyinlərimizdə ciddi iş, çox böyük məsuliyyət var. Mən əminəm ki, bizim birgə atdığımız addımlar, bütün regionun taleyini dəyişə biləcək”, - deyə Ərdoğan bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024