Mobil versiya
"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq"
Tarix: 03-05-2017 | Saat: 15:08
Bölmə:Gündəm | çapa göndər

"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq"



"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq".

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev qeyd edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə kifayət qədər gücü var:

"Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Əgər Ermənistan bu prosesdən yayınsa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Ali Baş komandan cənab İlham Əliyevin dediyi kimi, Ermənistan sülh prosesindən yayınsa, daşı daş üstdə qalmayacaq. Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə