Mobil versiya
Milli Məclisdə "Halal otel" müzakirəsi: "Bu, nə deməkdir?"
Tarix: 02-05-2017 | Saat: 13:55
Bölmə:Siyasət / Karusel | çapa göndər

Milli Məclisdə "Halal otel" müzakirəsi: "Bu, nə deməkdir?"



“Azərbaycanda turizmlə bağlı çox böyük işlər görülüb. Həm qış, həm də yay turizmi üçün hər cür şərait var. Biz bunu genişləndirməliyik. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi iş aparır. Bəzi problemlər var, bunlar da həll edilməlidir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ilk növbədə ölkədə turistin kimliyi dəqiqləşdirilməlidir: “Dünyada baş verən proseslər hər kəsi narahat edir. Elə olur ki, 6-8 nəfər bir mənzildə yaşayır. Həmin mənzil sahibləri vergidən yayınmaq üçün turistlərin qeydiyyatını aparmır. Bura gələn kimlərdir, biz bunu bilməliyik”.

S.Novruzov bəzi elanlara diqqət çəkib: “Bəzən elanlara rast gəlirik: Halal otel. Bu, nə deməkdir? O biri otellər haramdır? Yəqin ki, turist cəlb etmək üçündür”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə S.Novruzova cavab olaraq deyib ki, burada ciddi narahatlıq yoxdur, çünki həmin turistlər Dövlət Sərhəd Xidmətindən keçir, Dövlət Miqrasiya İdarəsində qeydiyyata düşürlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024