Mobil versiya
Seks robotlar dünya bazarını zəbt edəcək
Tarix: 02-05-2017 | Saat: 10:04
Bölmə:Media / Karusel | çapa göndər

Seks robotlar dünya bazarını zəbt edəcək


2017-ci ilin sonuna qədər seks-robotlar dünyanın intim oyuncaqlar bazarını tam əhatə edə bilər.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, yaxın zamanlarda Böyük Britaniyada intim tələbatın ödənilməsi üçün cihazların kütləvi istehsalına başlanacaq.

Bir ədəd seks robotun təxminin qiyməti 15 min dollar təşkil edəcək. Bu vəsaitə sahib olmayan müştərilər onu icarəyə də götürə biləcəklər. Elektron kuklalar termoplastikdən istehsal ediləcək və toxunma hissinə görə insan dərisindən, demək olar, heç nə ilə seçilməyəcək. Bundan başqa, robotların sistemində seks üçün ən populyar ifadələr də əlavə olunacaq. Onları istifadəçinin istəyinə görə dəyişmək də mümkün olacaq.

Zahiri görünüşcə seks üçün robotlar canlı insanın parametrlərinə uyğun gələcək. Bundan başqa, onları bu və digər xüsusi hərəkəti yerinə yetirmək üçün proqramlaşdırmaq da mümkün olacaq. Böyük Britaniyada bu cihazı ancaq öncədən verilən sifarişlə əldə etmək mümkün olacaq.

İstifadəçilərin seçiminə bütün millətlərdən və irqlərdən kişi və qadınlar təklif edilir. Həmçinin alıcının istəyinə uyğun olaraq tərəf müqabili üçün şivə və nitq qüsuru da seçmək mümkün olacaq. Seks robotların satışına cari ilin sonunda başlanacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024