"Heç bir dövlət jurnalistlər üçün bina tikmir" - İlham Əliyev
Tarix: 01-05-2017 | Saat: 15:20
Bölmə:Gündəm / Karusel | çapa göndər
“Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu gün bura şəhərimizin ən abad yerlərindən biridir”.
AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bibiheybətdə yaşıllıqlar salındı, ağaclar əkildi, eyni zamanda, neft buruqları da öz fəaliyyətini davam etdirir: “Burada belə gözəl neft məktəbi, idman şəhərciyi, Su İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir. Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib”.
Dövlət başçısı əlavə edib ki, Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması, təmizlənməsi bir daha onu göstərir ki, biz qara qızıl kapitalını insan kapitalına qoyuruq.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024