ASAN-ın Monitorinq Mərkəzi hansı işləri görəcək? - Açıqlama
Tarix: 01-05-2017 | Saat: 15:09
Bölmə:Gündəm | çapa göndər
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumlarla aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanın icrası ilə bağlı görüş keçirilib və tədbirlər planı hazırlanır. Bu gündən biz işlərə başlayacağıq".
AzVision.az xəbər verur ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.
Sədr müavini bildirib ki, tikintidə çalışan şəxslər və tikintini aparan şirkət arasında müqavilənin olub-olmamasını "ASAN xidmət" aidiyyəti dövlət orqanları ilə birlikdə müəyyənləşdirəcək:
"Qeyri-leqal əmək, yəni əmək müqaviləsinin olmaması müəyyən olunacaqsa, inzibati tənbeh tədbirlərinin görülməsi üçün "ASAN xidmət" topladığı faktları sənədləşdirərək aidiyyəti dövlət orqanlarına təqdim edəcək. Əsas məqsəd pilot layihə olaraq Bakı şəhərində tikilən çoxmənzilli yaşayış binalarında çalışan vətəndaşlarla əmək müqaviləsinin imzalanmasına nail olunmaqdır. Bu, həm tikintidə çalışan vətəndaşlarımızın hüquqlarının təminatıdır, həm də tikintini aparan sahibkarların xeyrinədir. Bununla da artıq faktiki iş yeri olan vətəndaşlarımızın dəqiq uçotu aparılacaq. Eyni zamanda tikintidə çalışan vətəndaşların gələcəkdə sosial təminat hüquqlarından faydalanması üçün bu gün onların əmək müqavilələrinin rəsmiləşdirilməsi zəruridir".
Ü. Mehdiyev qeyd edib ki, bu işlərin görülməsi üçün Əmək Münasibətlərinin Monitorinq Mərkəzi yaradılacaq: "Mərkəz aidiyyəti qurumlarla birgə tikinti obyektlərindəki insan resursları ilə bağlı müqayisəli təhlillər aparacaq və qeyri-rəsmi əmək münasibətlərinin olması ilə bağlı şübhə yarandıqda səyyar monitorinq qrupları yerində araşdırılması obyektə göndəriləcək".
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” genişləndirilib. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanına əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") tərəfindən monitorinqi aparılacaq.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024