Mobil versiya
Fərman Kərimzadənin oğluna 10 il həbs istənildi
Tarix: 01-05-2017 | Saat: 14:29
Bölmə:Gündəm | çapa göndər

Fərman Kərimzadənin oğluna 10 il həbs istənildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Əziz Kərimzadənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilinin çıxış üçün vaxt istəməsindən sonra məhkəmə prosesinin mayın 8-də davam etdirilməsi qərara alınıb.

İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Bakı şəhəri, 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.

2012-ci il noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə