Mobil versiya
Nazirlik ittihamlara cavab verdi
Tarix: 29-04-2017 | Saat: 14:54
Bölmə:Gündəm | çapa göndər

Nazirlik ittihamlara cavab verdi



Bir sıra kütləvi informasiya vasitələrində (KİV) "Elba” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbuhi Cahangirov iddia edir ki, Daşkəsən Rayon Baytarlıq İdarəsi onların Daşkəsəndəki kəsim kompleksində əməliyyat aparıb, aşkarlanan ətlə bağlı "Elba” MMC-nin adını veriblər.
Eləcə də S.Cahangirov ərazinin "Meta” şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsini, onların fəaliyyətinin tam qanuni olmasını və Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən guya onlara qərəzli münasibət göstərilməsini qeyd edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində 26 aprel 2017-ci il tarixində aparılan tədbir Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirib: "Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, "Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Tədbir keçirilən zaman Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və "Elba” MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib edilmişdir. Polis şöbəsinin əməkdaşları tərəfindən dəvət edilən və "Elba” MMC nümayəndəsi kimi özlərini təqdim edib akta imza edənlər "Elba” kəsim və ət emal fabrikinin iş icraçısı İlham Qarayev, "Elba” MMC-nin nümayəndəsi Səbuhi Cahangirov və "Elba” MMC kəsim və ət emal fabrikasının anbardarı Rafiq Xəlilov olmuşdur (aktın sürəti əlavə edilir). Özlərini "Elba” MMC nümayəndəsi kimi təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib və aktı imzalayıblar”.

Qeyd olunub ki, aktda adları qeyd edilən "Elba” MMC-nin nümayəndələri tədbir keçirilən zaman ərazinin icarəyə verilməsi və digər hallarla bağlı heç bir məlumat və sənəd təqdim etməyiblər. Bildirilən ərazinin "Meta” şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi və orada onlar tərəfindən heyvan kəsiminin aparılması ilə əlaqədar Daşkəsən Baytarlıq İdarəsində də heç bir məlumat və qeydiyyat mövcud deyildir. Aktda həmin ətlərin mənşəyinə və sağlamlığına dair heç bir sənədin olmadığı və ətlərin "Elba” MMC-yə məxsus olması qeyd edilib və böhtan xarakterli məlumatı yayan Səbuhi Cahangirov da özü şəxsən akta imza atıb:

""Elba” MMC təhbərliyi qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə bu cür şər, böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarır. Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, heç vaxt qərəzli mövqe tutmayıb, bu günə qədər "Elba”MMC-lə də heç bir qərəzli münasibətdə olmayıb və qara piarla məşğul olmaıyıb. Bu iddialar özlərini müdafiə etmək, təmizə çıxartmaq məqsədi daşıyır və heç bir əsası yoxdur. Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılan bu məlumatlar heç biri həqiqəti əks etdirmir, qərəzli və əsassızdır. Əksinə, Dövlət Baytarlıq Nəzarəti Xidməti mənşəyi məlum olmayan, insan qidası üçün yararsız olan ətləri gizli yolla satışa çıxaranlara qarşı daim mübarizə aparır, onların bu hərəkətlərinin qarşısını almaq üçün mütəmadi nəzarəti tədbirlərini müvafiq qurumlarla birlikdə davam etdirir. Aşkar edilən mənşəyi məlum olmayan, insan qidası yararsız ətlər KİV nümayəndələrini iştirakı ilə zərərsizləşdirilib”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə