Bakıda xüsusi əməliyyat: 11 nəfər tutuldu
Tarix: 29-04-2017 | Saat: 14:12
Bölmə:Gündəm / Karusel | çapa göndər
Aprelin 28-də paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsi ərazi polis orqanları ilə birlikdə kompleks tədbirlər həyata keçirib.
İdarədən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 11 nəfər tutulub, axtarışda olan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb. Bundan əlavə, küçə ticarəti ilə məşğul olduqlarına görə 151 vətəndaş barəsində müvafiq tədbir görülüb, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 54 nəfər saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1730 nəfər müəyyən edilməklə yanaşı, xırda xuliqanlıq, antisanitariya, qanunsuz tikinti işlərinin aparılması və digər hallar aşkar edilərək aidiyyəti tədbirlər görülüb.
Kompleks tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 1700, o cümlədən kobud qayda pozuntusuna yol vermiş 161 sürücü barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 13 nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 139 nəqliyyat vasitəsi müəyyən edilib. Həmçinin avtomaşını sərxoş halda idarə edən 20, eləcə də parklanma qaydalarını pozmuş 991 sürücü, bir avtoxuliqan və yolu müəyyən olunmamış yerdən keçən 854 piyada barəsində müvafiq tədbir görülüb.
Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu